mobil versiya

Azərbaycan millisi Avropa çempionatına yollanıb



Azərbaycanın yelkənli qayıq üzrə milli komandası Optimist Avropa çempionatı üçün İtaliyaya yola düşüb.
Marina De Carrara şəhərində keçiriləcək yarış iyunun 29-da start götürəcək.
Çempionatda yığmamızı Furkan Mustafayev, Mikayıl Məmmədzadə, Nərgiz Məmmədova, Kamal Bəşirli, Emel Məmmədli, Davud Babazadə təmsil edəcək. Komandamız səfərə məşqçi Panagiotis Papadakis və komanda rəhbəri Massimo Giorgianninin başçılığı altında yollanıb.
Qeyd edək ki, yarış iyulun 6-dək davam edəcək.

KARUSEL / İDMAN
Tarix: 27-06-2024, 11:47