Parisdə radikallar talanlar təşkil edib
Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” (“Black bloc” - red) hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar.
Bu barədə KİV xəbər verir.
Hadisələr ötən gün axşam saat 20:00-dan sonra, parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib.
Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başladılar.
Fransa parlamentinə seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. Fransızlar ölkə parlamentində maraqlarını təmsil edəcək 577 deputatı seçməli olacaqlar.(report)
KARUSEL / DÜNYA
Tarix: 1-07-2024, 10:38