mobil versiya

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib


Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib.
Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.
Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-07-2024, 10:29