COP29 prezidenti "ESG" sammitinin iştirakçılarına müraciət edib
Bakıda "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammiti öz işinə başlayıb.
Sammitin açılışında COP29-un prezidenti, ekologiya və təbii sərvətlər nazir Muxtar Babayev videomüraciətlə çıxış edib.
""ESG" ətraf mühitin mühafizəsi, cəmiyyət və idarəetmədir. Dövlət-özəl tərəfdaşlığı "yaşıl" layihələrə çevrilən strateji layihələrin maliyyələşdirilməsində getdikcə daha çox əhəmiyyət kəsb edir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, maliyyələşdirmə məsələlərində investorlar üçün "ESG" siyasətinə riayət etmək vacibdir, belə ki, bu maliyyənin ayrılması üçün etimadı artırır, investorlar üçün riskləri azaldır.
""ESG" və dövlət-özəl tərəfdaşlığı hazırda iqtisadiyyatın dayanıqlı inkişafı və onun dayanıqlı su təchizatı, kənd təsərrüfatı, urbanizasiya, səhiyyə kimi sahələri ilə əl-ələ verib. Dövlət və özəl sektor ESG praktikasından istifadə etməklə birlikdə çalışmalıdır. Bu enerji keçidinin adaptasiyası, investorların risklərinin sığortalanması üçün vacibdir", - deyə nazir hesab edir.
O, bugünkü konfransın təşkilatçısı olan "PwC" şirkətinin bu proseslərdə fəaliyyətindən məmnun olduğunnu deyib və minnətdarlığını bildirib.
Muxtar Babayev həmçinin qeyd edib ki, "ESG" COP29 danışıqlarının inklüzivliyə, ölkələrin iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə dair şəffaf hesabatların hazırlanmasına yönəlmiş mühüm hissəsidir.
Nazir dövlət-özəl tərəfdaşlığı mexanizminin "yaşıl" dünya və dayanıqlı gələcəyə nail olmağa kömək edəcəyinə əmin olduğunu bildirib.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 3-07-2024, 10:51