Fitsoya qarşı sui-qəsd terror aktı hesab edilib
Slovakiyanın baş prokuroru Maroş Jilinka baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı adlandırıb.
"Slovakiya Respublikasının baş nazirinə hücumla bağlı cinayət işində cinayət təqibi həyata keçirilən əməlin hüquqi kvalifikasiyası dəyişdirilib. Əldə olunmuş dəlillərə əsasən, əməl bundan sonra hüquqi cəhətdən terror aktının xüsusilə ağır cinayəti kimi təsnif ediləcək", - o deyib.
Xatırladaq ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.
KARUSEL / DÜNYA
Tarix: 4-07-2024, 17:24