mobil versiya

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini orbitə buraxıb



Çin “Tianhui 5-02” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.
Bu barədə “Zhongguo Hantianbao” qəzeti yazır.
Qeyd olunur ki, qurğunun buraxılışı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.
Qəzetin yazdığına görə, “Tianhui 5-02” coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi araşdırmalar üçün istifadə ediləcək.
Bundan əvvəl Çinə məxsus daşıyıcı raket dağlarda qəzaya uğramışdı.
KARUSEL / DÜNYA
Tarix: 5-07-2024, 09:45