mobil versiya

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq


Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq.
Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, 2023-cü il mayın 10-da başlanılıb.
Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialı fəaliyyət göstərəcək.
Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin olunub. Binanın ümumi daxili sahəsi 2600 m2-dir. Ümumilikdə Dövlət Xidmətləri Mərkəzində fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti işlər üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.(apa)

KARUSEL / ÖLKƏ
Tarix: 9-07-2024, 11:40