Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.
Yerli medianın yazdığına görə, bunu İran parlamentinin üzvü Moctaba Yusefi bildirib.
Yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.
Ölkə parlamentində etimad səsverməsi ilə bağlı yekun iclas keçirilməzdən əvvəl təqdim edilən nazirlərin təsdiqlənməsi bir həftə ərzində müzakirə olunacaq.
KARUSEL / DÜNYA
Tarix: 10-07-2024, 14:29