mobil versiya

“Sumqayıt” – “Fehervar” matçının biletləri satışa çıxıb




UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri artıq satışa çıxıb.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.


KARUSEL / İDMAN
Tarix: 15-07-2024, 14:42