mobil versiya

Siyəzəndə yük qatarının vaqonları relsdən çıxaraq aşıb



Siyəzən rayonu ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarının vaqonları relsdən çıxaraq aşıb.
Zarat stansiyasının yaxınlığında baş verən hadisə zamanı relsdən çxaraq aşan 5 vaqon taxta ilə yüklü olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və başqa əlaqədar dövlət qurumların nümayəndələri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 16-07-2024, 17:00