mobil versiya

Aİ-də müdafiə məsələləri üzrə komissar vəzifəsi təsis oluna bilər


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu posta təsdiqlənəcəyi halda qurumun tərkibində müdafiə məsələləri üzrə komissar vəzifəsini təsis etmək niyyətindədir.
Müvafiq məlumat sözü gedən qurumun saytında yerləşdirilib.
Bildirilib ki, həmin postu tutacaq şəxs Avropa miqyasında müdafiə və təhlükəsizlik sahələrini koordinasiya edəcək. Onun Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinə tabe olacağı bildirilib.
Ursula von der Leyen öz siyasi proqramında Aİ-ni müdafiə ittifaqına çevirəcəyinə də söz verib.
“Növbəti beş il ərzində işimiz əsl Avropa müdafiə birliyinin qurulmasına yönəldiləcək”, - sənəddə qeyd olunur. Von der Leyen əlavə edib ki, Aİ-yə üzv dövlətlər "həm müdafiə doktrinası məsələlərində, həm də onların yerləşdirilməsi məsələlərində öz qoşunlarına görə məsuliyyət daşıyacaqlar".
O, həmçinin Avropa Parlamentinin üzvlərini “hər hansı çağırışlara hazır olan güclü Avropa” qurmaq üçün onu ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə təsdiq etməyə çağırıb.
Von der Leyen həmçinin Avropa Müdafiə Fondu yaratmağa söz verib. “Biz dəniz, quru, hava, kosmos və kiber domenlərdə qabaqcıl müdafiə texnologiyalarına sərmayə qoyaraq Avropa Müdafiə Fondu yaradacağıq”, - Avropa Komissiyasının sənədində deyilir.(apa)

KARUSEL / DÜNYA
Tarix: 18-07-2024, 13:11