mobil versiya

“Abşeronsk”-da ticarət mərkəzində güclü partlayış – PUA düşüb?



Krasnodar diyarındakı “Abşeronsk” Tticarət Mərkəzində partlayış baş verib, xəsarət alanlar var. Bu barədə “İnterfaks”a Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən məlumat verilib.
Regional prokurorluq məişət qazının partlaması barədə məlumat verib.
Ticarət mərkəzinin binası demək olar ki, tamamilə dağılıb. Dağıntılar altında insanlar ola bilər. Xilasedicilər artıq bir nəfəri xilas ediblər. O, xəstəxanaya yerləşdirilib.
“Avtobus dayanacağında, mağazanın yanında olan ən azı 15 nəfər xəsarət alıb", - "İnterfaks"ın həmsöhbəti bildirib.
RİA Novosti-nin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. “Mash” teleqram kanalının məlumatına görə, zərərçəkənlərdən biri aptek rəhbəridir.
İyulun 22-nə keçən gecə Rusiyanın cənub bölgələri çoxsaylı pilotsuz təyyarələri hücumuna məruz qalıb. “Abşeronsk”-dakı partlayışın pilotsuz təyyarələrin düşməsi ilə bağlı ola biləcəyinə dair heç bir sübut yoxdur. (“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 22-07-2024, 17:40