mobil versiya

Nizami rayonunda qaz olmayacaq



Bakının Nizami rayonunun bəzi küçələrində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Mehdi Abbasov küçəsi 13 ünvanında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 29.07.2024-cü il saat 10:00 dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.
Bu müddətdə rayonun Mehdi Abbasov ,Özbəkistan, Kamil Balakişiyev, Əli Vəliyev və Rizvan Teymurov küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 29-07-2024, 09:51