mobil versiya

Millimizin Slovakiya ilə səfər matçının yeri bəlli olub



Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.
Milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.


KARUSEL / İDMAN
Tarix: 30-07-2024, 10:26