“TikTok”un baş ofisində 60 nəfər zəhərlənib
“TikTok”un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.
Stomp xəbər verir ki, hadisə yerinə 17 təcili tibbi yardım maşını cəlb olunub.
60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub: qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq. Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır.
İlkin məlumata görə, “TikTok” əməkdaşlarının qəbul etdiyi qidanın tərkibində bağırsaq çöpü var idi. Yerli blogerlər yazıblar ki, bu işdə xarici xüsusi xidmətlərin əli ola bilər.
KARUSEL / DÜNYA
Tarix: 31-07-2024, 17:33