Pirallahı Sənaye Parkına yatırılan investisiyaların həcmi nə qədərdir?
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.
Bu barədə İZİA məlumat yayıb.
Bildirilib ki, investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. İndiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Vurğulanıb ki, Pirallahı Sənaye Parkına bugünədək 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və məşğulluğun təşviqinə töhfə verir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-08-2024, 11:19