Komitə sədri Qaraçuxur qəsəbə məscidində olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Suraxanı rayonunda yerləşən Qaraçuxur qəsəbə məscidinə gedərək orada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Komitədən bildiriblər ki, söhbət zamanı Ramin Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, konfessional baxımdan müxtəlif icmaların nümayəndələrinə və onların dini ibadət yerlərinə göstərilən qayğıdan danışıb.
Komitə sədri deyib ki, milli-mənəvi dəyərlərimizin qorunmasını, inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin təşəbbüsünə və tapşırıqlarına əsasən, müxtəlif bölgələrimizdə onlarla məscid, dini-tarixi abidə, məbəd, ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub.

Görüşdə, həmçinin din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-08-2024, 12:36