mobil versiya

“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası parlament seçkilərini müşahidə edəcək




“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək.  Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. 
“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması,  səsvermə günü  səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir. 
Koalisiya səsvermə günü 500 nəfər müşahidəçi ilə 75 seçki dairəsində müşahidəni təşkil edəcək.  Artıq Koslisiya tərəfindən müəyyən edilmiş müşahidəni aparacaq şəxslər bütün ölkə üzrə müşahidə hüququ əldə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Müşahidəçi kimi qeydə alınmış şəxslərə müşahidə aparılması qaydaları, onların hüquqları və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə əskini tapan digər məsələlərlə bağlı onlayn təlim  keçiriləcək.
 Kolisiya seçki marafonunda iştirak edən siyasi partiyalar, ayrı-ayrı namizədlər, seçki administrasiyası, habelə seçkilərin monitorinqinii həyata keçirən beynəlxalq təşkilatların nümayəndələri, ixtisaslaşmış QHT-lər ilə görüşlər keçirəcək. Koalisiya aralıq və yekun hesabatlar hazırlayaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim edəcək. Koalisiya sosial şəbəkələr, KİV, brifinqlər vasitəsilə mütəmadi məlumat və açıqlamalar yaymaqla ictimaiyyəti çevik məlumatlandıracaq. 
Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar və namizədləri, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatları, media subyektlərini əməkdaşlığa dəvət edir. 
Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər [email protected]  elektron poçt ünvanı vasitəsilə qəbul edilir.  
Həmçinin, Koalisiyanın  bu Feysbuk profili vasitəsilə əlavə məlumat əldə edə və əlaqə yarada bilərsiniz. 
Əlavə məlumat almaq üçün əlaqə vasitələri:

Zaur İbrahimli
Tel: (012) 5954915
Votsap: (+99450) 3164694

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-08-2024, 13:51