mobil versiya

Paris-2024: Filippinin tarixinə düşən gimnast qeyri-adi hədiyyələr alacaq



Filippin idmanının tarixinə düşən gimnast Karlos Yulo ölkəsində maraqlı hədiyyələr alacaq.
"NBC Olympics" xəbər verir ki, ölkəsinin tarixinə ilk olimpiya çempionu kimi düşən Yulonun mükafatları arasında ömürlük pulsuz əriştə və qızardılmış toyuq da var.
24 yaşlı idmançı Paris-2024-dəki uğurlarına görə, 10 milyon Filippin pesosu (170 min dollar), qiyməti 24 milyon peso olan ev, bir neçə restoran şəbəkəsində ömür boyu pulsuz qida və içki, 45 yaşından etibarən kolonoskopiya və qastroenterologiyada ömür boyu pulsuz müalicə, ölkənin yeməkxanalarından ömürlük pulsuz əriştə və qızardılmış toyuq tədarükü, 100 min pesoya başa gələn ev mebeli, həmçinin yeni "iPhone 16" əldə edəcək.
Qeyd edək ki, gimnast Paris olimpiadasında iki qızıl medal qazanıb.(report)

KARUSEL / İDMAN
Tarix: 5-08-2024, 15:47