mobil versiya

Medal sıralamasında neçənciyik?



Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 21-ci pillədə qərarlaşıb.
Komandamızın aktivində hələlik iki qızıl mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olub.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci sıradadır.
İlk "üçlük"də ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) yer alıb.
Bu günə kimi 70 ölkə medal əldə edə bilib.
Paris-2024 avqustun 11-də başa çatacaq.

KARUSEL / İDMAN
Tarix: 5-08-2024, 09:28