mobil versiya

Gəncədə "Nizami günləri" keçiriləcək



Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçiriləcək.
Gəncə Dövlət Filarmoniyasından bildirilib ki, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.
"Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə keçiriləcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-08-2024, 16:30