İrsail ordusu İranın mümkün hücumundan müdafiəyə hazırdır
İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə telefon söhbəti aparıb.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər İsrail ordusunun İran və onun proksilərinin mümkün hücumundan müdafiəyə əməliyyat hazırlığını, eləcə də iki ölkənin silahlı qüvvələrinin bölgədə qarşılıqlı işləmə qabiliyyətini müzakirə edib.
“Nazirlər ABŞ qüvvələrinin regionda mövqeyində və yerləşdirilməsində dəyişikliklərdən sonra ABŞ və İsrailin müdafiə imkanlarının qarşılıqlı fəaliyyət qabiliyyətini müzakirə ediblər”, – məlumatda deyilir.
Qalant Pentaqonun rəhbərinə İsrail ordusunun İsraili İrandan və onun regiondakı peyklərindən müdafiə etməyə operativ hazırlığı barədə məlumat verib.
İsrailli nazir amerikalı həmkarı ilə söhbətində ABŞ-ın təhlükəsizlik yardımına və həmçinin İsrailə kritik sursat təmin etdiyinə görə minnətdarlığını bildirib.
Qalant HƏMAS-ın Qəzza zolağında saxladığı girovların geri qaytarılmasını təmin edəcək razılaşmanın tezliklə əldə edilməsinin vacibliyini də vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 9-08-2024, 13:08