mobil versiya

QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb



Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası (VCU) 1 sentyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır. Hesabatda ətraflı statistik analiz yer alıb.

VCU Müşahidə Koalisiyası hissə-hissə bu məlumatları təqdim edirik.  Təqdim edilən analiz 1 sentyabr parlament seçkilərində QHT sektorundan olan namizədlərə aiddir. Analiz Koalisiyanın informasiya tərəfdaşı  QHT.az saytı tərəfindən açıq mənbələr əsasında aparılıb. 
QHT nümayəndəsi kimi 17 seçki dairəsində (5, 16, 24, 29, 33, 35, 44, 60, 65, 71, 81, 82, 98, 107, 108, 122, və 125) ümumilikdə, 20 namizəd qeydə alınıb. 
Bu namizədlərin 16-sı QHT nümayəndəsi öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir. 
Namizədlərin gender tərkibi bərabərdir: 10 nəfər qadın, 10 nəfər kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.
Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. 5 nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər Ədalət Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.
Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb.
Ümumilikdə, QHT sektorundan seçkilərdə 30 nümayəndə iştirak edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-08-2024, 14:54