mobil versiya

Namizədlərdən 30 nəfəri bələdiyyə üzv və qulluqçularıdır



Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası  1 sentyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır. Hesabatda ətraflı statistik analiz yer alıb. 

Bu barədə VCU Seçki Müşahidə Koalisiyasının üzvü Zaur İbrahimli sosial şəbəkədə məlumat verib: "Hissə-hissə bu məlumatları təqdim edirik. Analiz Koalisiya üzvü "Bələdiyyələrin fəaliyyətinin təbliği" İB tərəfindən aparılıb".
22 dairə üzrə 30 namizəd qeydə alınıb. 26-sı öz təşəbbüsü ilə, üç nəfər YAP-ın siyahısı üzrə, bir nəfər Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyini verib.  
Namizədlərdən 3 Səbail bələdiyyəsi, M.Ə.Rəsulzadə bələdiyyəsi və Nərimanov bələdiyyəsi,  2 nəfəri Xətai, Yevlax,  Binəqədi qəsəbə və Biləcəri, bir nəfəri isə Binəqədi, Yasamal, Xocasən, Sumqayit, Corat, H.Z.Tağıyev,  Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyəsindən olan üzv və qulluqçular təşkil edir. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri  isə  bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş).   30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 12-08-2024, 11:08