mobil versiya

“VCU” Müşahidə Koalisiyası ATƏT-in Müşahidə Missiyası ilə görüşüb



“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının seçki üzrə analitiki Oleksiy Liçkovax ilə görüşüb.
Koalisiyanı Hüquqi Təhlil və Araşdırmalar İB sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB sədri Vüqar Tofiqli, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbarhimli təmsil edib. O.Liçkovax missiyanın seçki analitiki kimi onu maraqlandıran məsələlərdən söz açıb. R.İskəndərli Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası haqqında məlumat verib, məqsədləri və məramı diqqətə çatdırıb. V.Tofiqli seçkilərin müşahidəsinin təşkilinin texniki-təşkilatı məsələlərini açıqlayıb.
Qeyd olunub ki, Koalisiya işğaldan azad olunmuş ərazilər və Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfər müşahidəçi ilə müşahidə aparacaq. Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabat hazırlayacaq, hesabatlar ingilis dilində beynəlxalq auditoriya üçün də əlçatan olacaq.

Qeyd edək ki, “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir.




KARUSEL / CƏMİYYƏT
Tarix: 12-08-2024, 19:21