BMT: Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb, 699 nəfər yaralanıb
Uzun sürən yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikanı bürümüş daşqınlar nəticəsində 70-dən çox insan həlak olub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.
Bu barədə “Tchadinfos” portalı BMT-yə istinadən məlumat yayıb.
Məlumata görə, 62 min yaşayış binası dağıdılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çad kimi ölkələrdən gedir.
Çadda daşqınlar 240 mindən çox sakinə ziyan vurub. Böyük fəlakət onların evlərini məhv etməklə yanaşı, ərzaq məhsullarını da məhv edib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 15-08-2024, 09:33