Cənub bölgəsindən paytaxta narkotik vasitələrin tədarükünü təşkil edən şübhəlilər saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib, 46 yaşlı Rəşad Həsənov və 38 yaşlı Yusif Hacıyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 46 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
KARUSEL / HADİSƏ
Tarix: 15-08-2024, 09:57