Azarkeşlərə butulka atan futbolçunu AFFA cəzalandırıb
AFFA "Neftçi"nin futbolçusu Ervin Koffini cəzalandırıb.
Bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu (1:1) bitdikdən sonra Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb.
“Neftçi” isə futbolçusunun bu hərəkətinə görə 2000 manat cərimələnib.
Qeyd edək ki, sözügedən matçdan sonra azarkeşlər etiraz ediblər və iğtişaş yaradıblar. Ervin Koffi isə fanatlara butulka atıb.
KARUSEL / İDMAN
Tarix: 15-08-2024, 16:37