Azərbaycanın voleybol millisi Avstriyaya gedib
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov yığmaya 14 oyunçu cəlb edib.
Milli komandanın heyəti:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandası ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.
KARUSEL / İDMAN
Tarix: 16-08-2024, 13:41