İndoneziyanın Müstəqillik Günü münasibətilə Bakıda Bayraq qaldırma mərasimi keçirilib
İndoneziyanın 79-cu Müstəqillik Gününü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyində Bayraq qaldırma mərasimi keçirib. Səfirlik əməkdaşlarının, Azərbaycandakı indoneziyalıların və bu ölkənin dostlarının iştirak etdiyi bu tədbirə Səfirliyin müvəqqəti işlər vəkili xanım Merita Yenni rəhbərlik edib.
Mərasim zamanı indoneziyalı tələbələrdən ibarət dəstə bütün indoneziyalılar tərəfindən “İndonesia Raya” dövlət himninin səsləndirilməsinin müşayiəti ilə dövlət bayrağını qaldırıb. Qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də İndoneziyanın müstəqilliyinin elan edilməsi mətninin oxunması ilə davam edən tədbir, xalqın - ölkənin rifahı və tərəqqisi üçün duaların səslənməsi ilə başa çatıb.
Daha sonra təntənəli tədbir tort kəsmə mərasimi və İndoneziyanın 79-cu Müstəqillik Günü çərçivəsində 2024-cü ilin iyul ayı ərzində keçirilən ənənəvi İndoneziya oyunlarının qalibləri üçün mükafatlandırma mərasimi ilə davam edib. Həyata keçirilən yarışlar stolüstü tennis, dart, başmaq yarışı, musiqili stullar kimi oyunlarından, eləcə də həm böyüklər, həm də uşaqlar üçün digər müxtəlif fəaliyyət növlərindən ibarət olub.
Bakıda keçirilən İndoneziyanın 79-cu Müstəqillik Günü mərasimi qeyd olunan ölkənin mətbəxi, milli geyimləri və canlı ab-havadan ibarət ictimai toplaşma ilə yekunlaşıb.
Tədbir hökumətin bütün ölkə üzrə davamlı inkişaf və bərabərliyi təşviq edən, həmçinin yeni paytaxtı inkişaf etdirmək vizyonunu vurğulayan İndoneziyanın 79-cu Müstəqillik Gününün "Yeni Nusantara, Mütərəqqi İndoneziya" şüarının ruhunu əks etdirib.
KARUSEL / SİYASƏT
Tarix: 17-08-2024, 10:41