mobil versiya

Putin: “Şimal-Cənub” layihəsi Hind okeanına çıxışımızı təmin edəcək



“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan və Rusiyanın Hind okeanına çıxışını təmin edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı birgə planlarımızı xüsusilə qeyd edəcəyəm. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutlardan qarşılıqlı fayda əldə etməyə imkan verəcək”, - o qeyd edib.

KARUSEL / SİYASƏT
Tarix: 19-08-2024, 17:03