mobil versiya

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb



Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Qeyd edək ki, avqustuh 19-da Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Xətai, Nizami, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-08-2024, 12:57