mobil versiya

"Meymun çiçəyi" virusu bir addımlığımızda - Qardaş ölkədə 4 nəfər karantinə alınıb



Son vaxtlar dünya gündəmini zəbt edən və böyük panikaya səbəb olan "meymun çiçəyi" virusu bu dəfə qardaş ölkə Türkiyədə həyacan doğurub.
Artıq Türkiyədə 4 nəfərin "meymun çiçəyi" virusu şübhəsi ilə karantinə alındığı deyilir.
Məlumata görə, Ankara Etlik şəhər xəstəxanasına və Bilknet xəstəxanasına gətirilən şəxslər üzərində xəstəliyə yoluxub-yoluxmadıqlarına dair testlər aparılır.
Qeyd edək ki, Afrika ölkələrindən yayılan “meymun çiçəyi” virusuna indiyədək İsveçdə, BƏƏ-də, Pakistanda,Filippində və Taylandda rast gəlinib.
Bu virusun siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçdiyi deyilir. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın başlıaca yayılma səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.("AzPolitika.info")

KARUSEL / DÜNYA
Tarix: 22-08-2024, 14:08