Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti Azərbaycana gəlib
Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin nəzdində Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
Ölkəmizdə işgüzar səfərdə olan qonaqlar Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssələrini ziyarət edərək zavodların hərbi sənaye potensialı ilə yaxından tanış olublar.
Daha sonra qonaqlar MSN-in aparatında nazir müavini Mehman Baxışov ilə görüşüblər.
Görüş zamanı müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti, gələcək əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-08-2024, 15:52