Zelenski-Modi görüşü iki saat çəkib
Xəbər verildiyi kimi, Hindistanın Baş naziri Narendra Modi Kiyevə səfər edib.
Ukrayna mətbuatı xəbər verir ki, Modi ilə Prezident Volodimir Zelenski arasında bağlı qapılar arxasında keçirilən görüşün iki saat çəkməsi diqqət cəlb edib. O da maraqlıdır ki, danışıqlardan sonra mətbuat konfransı keçirilməyib.
Ukrayna Prezidenti əvvəlcə Hindistanın Baş nazirini Mariinski sarayının girişində qarşılayıb. Liderlər əl sıxaraq nümayəndə heyətlərini təqdim ediblər. Sonra Modi Mariinski sarayının mərasim zalında fəxri qonaqlar kitabına qeydlər edib.
Tərəflər arasında yalnız səhiyyə və mədəniyyət əlaqələrinə dair 4 sənəd imzalanıb. Görüşün təfərrüatları barədə məlumat verilməyib.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 23-08-2024, 16:59