XİN başçısı Türkiyəyə gedir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq.
KARUSEL
Tarix: 26-08-2024, 15:03