"Şübhəli zənglərə qarşı diqqətli olun" - DİN-dən xəbərdarlıq
Kibercinayətkarlığa qarşı davam etdirilən mübarizə tədbirləri — əməliyyat-axtarış, əməliyyat-texniki, əməliyyat-istintaq, maarifləndirmə işlərinin davamlı olması effektiv nəticə verməkdədir.
Bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, Bank kartı məlumatlarının aldadılıb alınması ilə nəticələnən oğurluq hallarının kəskin azalması DİN əməkdaşlarını arxayınlaşdırmır. İfşa olunan onlarla təqsirləndirilən şəxs ətrafında istintaq hərəkətləri davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, şübhəli zənglərə qarşı diqqətli olun, “bankdandır, kartınıza müdaxilə var”, satışa qoyulan əşyaya görə “beh ödəyim, kartı göndərin” deyildikdə həmin zəng, mesaj bloklanmalıdır.
KARUSEL / GÜNDƏM
Tarix: 27-08-2024, 10:58