mobil versiya

Bakıdakı Avropa çempionatında 48 komanda iştirak edəcək


Bakıda təşkil olunacaq "Team Gym" Avropa çempionatında iştirakçı ölkələrin sayı dəqiqləşib.
Turnirdə 14 ölkədən 48 komanda yarışacaq.
Ölkəmizlə yanaşı, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç çempionatda iştirakını təsdiq edib. TeamGym Avropa Gimnastikasının Texniki Komitəsinin rəhbəri Per Şostrand yarışda 48 komanda mübarizə aparacağını bildirib.
Qeyd edək ki, Azərbaycan oktyabrın 16-19-da Avropa çempionatına evsahibliyi edəcək.

KARUSEL / İDMAN
Tarix: 1-09-2024, 15:06