Taliban İrana on minlərlə təlim keçmiş hərbçi gətirib
Taliban hərəkatının on minlərlə təlim keçmiş hərbçisi İrana gətirərək müxtəlif bölgələrdə yerləşdirib.
Bu barədə “İslam Respublikası” qəzeti məlumat yayıb.
Qəzet 14-cü hökumətdən tez bir zamanda bu təhlükə ilə mübarizə aparmağı istəyib və yazıb ki, beynəlxalq səviyyədə heç bir ölkə Talibanı dövlət kimi tanımır və BMT hələ də bu hərakatı terrorçu və qanunsuz hesab edir.
“13-cü hökumət (İbrahim Rəisi) Talibana bütün şəraiti yaradıb. Taliban bu imkanlardan istifadə edərək, on minlərlə təlim keçmiş qüvvəsini İrana gətirə və onları müxtəlif bölgələrdə yerləşdirə bilib. Bu adamların hətta silahları var və ölkənin şəhərlərində, hətta kəndlərində çoxlu cinayətlər törədiblər”, - deyə bildirilib.
Qəzetdə qeyd olunub ki, Kerman, Məşhəd və Şirazın Şahçıraq ziyarətgahında baş verən terror aktlarını həyata keçirənlərin çoxu Taliban üzvləridir.("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: 2-09-2024, 17:04