Britaniya kralının dəfn mərasimi üçün işlərə başlanılıb
Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlz üçün dəfn mərasimi hazırlıqlarına başlanılıb.
Bu barədə Britaniya KİV-ləri saraya yaxın mənbələrə istinadla məlumat yayıb.
“Saray Çarlzın sağaldığı təəssüratını yaradır. Lakin o, hələ də çox xəstədir. Bununla belə, o, bir kraldır və saray rəsmiləri onun ölümünün güclü bir ehtimal olduğunu biləcək qədər praktikdir”,-deyə mənbə bildirib.
Qeyd olunub ki, Çarlz ictimaiyyət qarşısında görünməyə davam etsə də, onun ömrünə az bir müddət qalıb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 4-09-2024, 14:38