mobil versiya

Səfirlik kiçik mədəniyyət və incəsənət layihə təkliflərinin qəbulunu elan edib




İsveçrə səfirliyi İsveçrə Əməkdaşlıq Ofisi kiçik mədəniyyət və incəsənət layihə təkliflərinin qəbulunu elan edir.

İsveçrənin ölkəmizdəki səfirliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda qeydiyyatda olan təşkilat və fərdlər aşağıdakı sahələr üzrə mədəniyyət və incəsənət layihələri təqdim etməyə dəvət olunurlar:
1) ətraf mühit və iqlim dəyişikliyi, 2) inkluzivlik, və 3) rəqəmsallaşma.
Daha ətraflı məlumat və lazımi formaları əldə etmək üçün [email protected] elektron poçtuna “Kiçik mədəniyyət və incəsənət layihələri haqqında məlumat” mövzulu email yazmaq təklif edilir. 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-08-2024, 12:36