mobil versiya

Paytaxtda 46 mindən çox uşaq birinci sinfə gedəcək



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 min 98 şagird birinci sinifdə təhsil alacaq.

Təhsil İdarəsindən bildirilib ki, bu qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin XI sinfində 32 min 260 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 513 698 şagirdin təhsil alacağı gözlənilir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 098, IX sinfində 44 233, X sinfində 35 757 , XI sinfində 32 260, XII sinfində 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır.


KARUSEL / CƏMİYYƏT
Tarix: 5-09-2024, 10:49