mobil versiya

Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır - MSK sədri


Növbədənkənar parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır. Ümumilikdə bizə daxil olan bütün görüntülərə baxılmalıdır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 9-da keçirilən iclasında söyləyib
O bildirib ki, bəzi görüntülər oxşarlıq təşkil edir. Bunun üçün bütün prosesi əhatə edən əsas görüntülərə baxmaq lazımdır. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bütün məntəqələrdəki əsas görüntülərə baxılacaq.(azərtac)

KARUSEL / SİYASƏT
Tarix: 9-09-2024, 16:37