Türkiyənin Rönesans şirkəti Aşqabadda Ticarət Mərkəzi tikəcək
Türkmənistan Mərkəzi Bankına Aşqabadda yeni ticarət mərkəzinin layihələndirilməsi və tikintisi üçün Türkiyənin “Rönesans Sanayi Tesisleri İnşaat Sanayi ve Ticaret Anonim Company” şirkəti ilə müqavilə imzalamağa icazə verilib.
Company" şirkəti ilə müqavilə bağlamağa icazə verilib
Yerli medianın xəbərinə görə, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam çərçivəsində obyektin tikintisinə 2024-cü ilin oktyabrında başlanacaq və 2027-ci ilin oktyabrında başa çatdırılacaq.
Layihədə torpaq işləri və ətraf ərazinin abadlaşdırılması da nəzərdə tutulub və ticarət mərkəzinin özü Atamurat Niyazov küçəsində yerləşəcək.
Bu günlərdə Türkiyənin Rönesans şirkətinin İdarə Heyətinin sədri Erman Ilıcak Türkmən xalqının Ümummilli Lideri Qurbanquli Berdiməhəmmədovla görüşüb. Bu görüşdə türkiyəli iş adamı tikəcəkləri yeni ticarət mərkəzinin layihəsini təqdim edib.
Sözügedən ticarət mərkəzi daha əvvəl Türkiyənin “Rönesans” şirkəti tərəfindən inşa edilən “Qaraqum” otelinin yanında tikiləcək.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-09-2024, 14:35