mobil versiya

Türkmənistanla İran arasında mühüm sənədlər imzalanıb


Tehranda səfərdə olan türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
sonra mühüm ikitərəfli sənədlər imzalanıb. 
Türkmənistan mediası xəbər verir ki, görüşdə energetika, dəniz nəqliyyatı və gömrük sahələrində əməkdaşlığı əhatə edən ikitərəfli sənədlər imzalanıb.
İki ölkənin liderlərinin iştirakı ilə imzalanan sənədlər arasında “Türkmənqaz” Dövlət Konserni ilə İranın Milli Qaz Şirkəti arasında təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu, Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və İran İslam Respublikasının Əmirabad limanı arasında qardaşlaşmış liman şəhərləri münasibətlərinə dair Anlaşma Memorandumu, Türkmənistan Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üçün əməkdaşlıq Planı, Türkmənistan Dövlət Gömrük Xidməti ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında 2025-2026-cı illər üçün əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üzrə birgə Fəaliyyət Planı var.
Tərəflər həmçinin, humanitar sahədə də əlaqələrin inkişafı üzrə razılıq əldə olunduğunu bəyan ediblər. Qurbanqulu Berdiməhəmmədov İran Prezidentini bu ilin oktyabrında Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa dəvət edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-08-2024, 12:31