mobil versiya

Xaricə köçürülən pul baratlarının həcmi 259 milyon dollar təşkil edib



Bu ilin 6 ayında Azərbaycana qoyulan birbaşa investisiyanın həcmi 3 milyard dollar təşkil edib.

Bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə deyib.
S.Nəsirov bildirib ki, Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə 998 milyon dollar olub.
Cari ilin altı ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar olub.  Azərbaycandan xaricə köçürülən pul baratlarının həcmi 259 milyon dollar təşkil edib.





KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-09-2024, 12:28