mobil versiya

Bakı metrosunun iş rejimi iki saat uzadılacaq



“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.


Bakı metrosundan bildirilib ki, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.
Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metrosunun iş rejimi iki saat uzadılacaq.
Şənbə və bazar günlərinə keçən gecələr metronun bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-09-2024, 11:20