mobil versiya

Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar. Onlardan 436 qram və 1 kiloqrama yaxın aşkarlanıb




Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Raqif Məmmədov, qardaşı Rövşən və tanışları Saleh Qəribov saxlanılıblar.

Bu barədə DİN mətbuat xidmətindən bildirilir. Onlardan 436 qram heroin və 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


KARUSEL / HADİSƏ
Tarix: 13-09-2024, 13:14