Perulu tanınmış rəssam Xalça Muzeyində olub
Perudan olan tanınmış rəssam Ronald Companoca və həyat yoldaşı Azərbaycan Milli Xalça Muzeyinin qonağı olub.
Qonaqlara muzeyin ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri, bu mədəniyyət ocağının tarixi, fəaliyyəti, kolleksiyaları, zəngin milli irsimiz olan xalça sənəti barədə ətraflı məlumat verilib. Onlar muzeyin Zərgərlik fondu, Ənənəvi texnologiya və Uşaq muzeyi şöbələri ilə də tanış olublar. Rəssam R. Companoca muzeyin xatirə kitabına ürək sözlərini qeyd edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-09-2024, 10:03