mobil versiya

Bakının iki rayonunda qaz kəsiləcək



Bakının Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Binəqədi rayonlarında - 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-in Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 09:02